Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Bu “Qanuni oğru" döyüldü-“Quli” ilə görüşdə

 

“Qanuni oğru” “Quli” ilə görüşdə döyüldü

Kutaisi qruplaşmasının məşhur simalarından olan “qanuni oğru” “Kvejoeviç” ləqəbli Quram Çixladze Türkiyədə döyülüb.

Yenixeber.org: "CrimeRussia" xəbər verir ki, hadisə azərbaycanlı “qanuni oğru” “Quli” ləqəbli Nadir Səlifovla görüş zamanı baş verib. Görüş bəzi məsələləri aydınlaşdırmaq məqsədilə keçirilib. Həmin vaxt “Quli”nin köməkçisi, milliyyətcə qazax olan Arman adlı şəxs Çixladzeyə əl qaldırıb. Lakin o, Çixladzenin “qanuni oğru” titulu daşıdığını bilməyib. Bununla belə, “Quli” onun cəzalandırılmasına imkan verməyəcək.

Məlumatda deyilir ki, həmin vaxt Nadir Səlifovun özü Çixladzeyə hücum edə bilərdi və buna səbəb də var idi. Çünki bir müddət əvvəl Çixladzenin mərhum “qanuni oğru” Rövşən  Lənkəranskinin ailə üzləri ilə, həmçinin 2017-ci ildə “Quli”nin evinə hücum hazırlayanlarla danışdığı məlum olub. Nadir Səlifov Çixladzenin onlardan uzaq durmağa çağırıb və ona xəbərdarlıq edib. Lakin Çixladze xəbərdarlığa məhəl qoymayıb. İnternetdə  onun “Quli”nin əzəli rəqiblərindən biri ilə fotosu yayılıb.

Məlumatda o da vurğulanır ki, Quram Çixladze insidentdən dərhal sonra İsrailə çox yaxın olduğu “qanun oğrular”ın yanına uçub.

Bildirilir ki, artıq bütün kriminal aləm bu insidentdən xəbərdardır və güman ki, baş verənlərin davamı olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam