Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bu qurumlar hesabat verəcək-QƏRAR

 

Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək
Nazirlər Kabineti “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nın və “Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nın təsdiq edilməsi barədə" qərar verib.
Yenixeber.org: Qərara əsasən, mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrinə tapşırılıb ki, Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq, müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində İqtisadiyyat Nazirliyinə təqdim etsinlər. 

Mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda təsdiq olunmuş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində İqtisadiyyat Nazirliyinə göndərməli və sonrakı 30 gün müddətində İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Nazirlər Kabinetinə təqdim etməlidirlər. 

İqtisadiyyat Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən təsdiq olunmuş formaya uyğun olaraq təqdim edilmiş məlumatları ümumiləşdirib, illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. 

Qeyd edək ki, bu qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam