Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

İran məktəblərində Azərbaycan dili tədris ediləcək

İran məktəblərində Azərbaycan dili tədris ediləcək


İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə sentyabrdan Azərbaycan dilinin tədrisinə başlanacaq.

Yenixeber.org: "Amerikanın Səsi"nin Azərbaycan Xidmətinin verdiyi məlumata görə, bu barədə Şərqi Azərbaycan Təhsil İdarəsinin müdiri Cəfər Paşayi bildirib.

Onun sözlərinə görə, Azərbaycan-türk dili üzrə dərslər həftədə iki dəfə - tədris ili ərzində ümumilikdə 60 saat veriləcək. Türk dilinin tədrisi təhsil naziri Məhəmməd Bohtainin sərəncamına əsasən tətbiq edilir.

Sənədə əsasən, ana dili ibtidai məktəbin 4-cü sinfində və orta məktəbin 9-cu sinfində tədris ediləcək.

Təlimin məzmunu və saatları hər vilayətdəki məktəblər tərəfindən müəyyən ediləcək.

Ana dilində təhsil İran prezidenti Həsən Ruhaninin seçki şüarlarından biri idi.

İranda azərbaycanlıların sayı müxtəlif məlumatlara görə 30-40 mln. nəfərdir. Amma, buna baxmayaraq, onların milli-mədəni hüquqları məhdudlaşdırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam