Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Gömrükdə-46 600 ədəd siqaret aşkarlandı

Gömrükdə 46 600 ədəd siqaret aşkarlandı
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Astara gömrük postunun yük-idxal xəttində İran İslam Respublikasının "Mekanizasion Keshavarzi Shali Kasht" şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Maz" markalı yük avtomobili saxlanılıb. 
Yenixeber.org:  Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə "Tobi" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. 

Baxış zamanı xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 200 ədəd "Senator", 7000 ədəd "Milano" və 2000 ədəd "Kent" markalı siqaretlər aşkarlanıb. 



Daha sonra stasionar rentgen qurğusundan keçirilən yük nəqliyyat vasitəsinin qoşqusundakı 3 yeşiyin hər birinin alt hissəsində, xüsusi düzəldilən saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 7600 ədəd "Senator" və 13 800 ədəd "Milano" markalı siqaretlər tapılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam