Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Paşinyan-Ermənistanı Sərkisyan dönəminə qaytardı

Paşinyan Ermənistanı Sərkisyan dönəminə qaytardı


Ermənistanın yeni hökuməti yaxın keçmişin tarixini öz versiyası əsasında yazmağa cəhd edir. Yəni kim tarixi yazırsa, gələcək də ona məxsusdur. Məhz bu, hazırkı hakimiyyət mübarizəsinin əsas arenasına çevrilib.
Yenixeber.org:  “Ermənistanda tarixin yenidən yazılması haqqında mübarizə 1 mart işi prosesiylə başlayıb və təsadüfi deyil ki, bu proses siyasi mübarizənin mərkəzinə dönüb. Faktiki olaraq mübarizə inqilabın gətirməli olduğu dövlət inkişafının yeni prinsipləri üzərində yox, bir siyasi elitanın başqa elita hesabına legitimləşməsi üçün gedir. Praktikada hökumətin legitimləşməsi yeni dəyərlər, “Yeni Ermənistan” əsasında qurulmaq yerinə, 2008-ci ilin faciəli hadisələri hesabına qurulur.

“Yeni Ermənistan” tezisini bu cür başa düşmək lazım idi. Biz tarixin səhifəsini çevirib, yeni münasibətlər formalaşdırırıq. Lakin bütün siyasətinin 2008-ci il hadisələrinə əsaslandığını nəzərə alsaq, yeni hökumət bizi köhnə Ermənistana qaytarıb və özü də konflikt tərəfinə çevrilib. Hökumətin bütün təbliğat maşını köhnə Ermənistan döyüşən tərəflərindən birinin haqlı olduğunu sübut etməyə, tarixi yenidən deməyə və digər tərəfi cəzalandırmağa yönəlib. Bu, hazırkı hökumətin legitimliyini şübhə altına alır. Ona görə ki, insanlar köhnə Ermənistanın siyasi mübarizə aparan tərəflərindən birinə yox, yeni Ermənistana səs veriblər. Belə çıxır ki, yeni Ermənistana səs verən insanlar aldadılıb. Bu yanılmanın bizi hara gətirib çıxaracağını zaman göstərəcək”, -deyə məqalədə bildirilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam