Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Arınç Davudoğlu ilə Babacana səsləndi: "Ümid edirəm ki, biz qarşı-qarşıya gəlmərik"

Türkiyə parlamentinin sabiq başqanı Bülent Arınç sabiq Baş nazir Əhməd Davudoğlu ilə sabiq nazir  Ali Babacanın yeni partiya qurmasına qarşı çıxıb.

Yenixeber.org: O, adıçəkilən nüfuzlu şəxslərin hakim AKP-dən ayrılmalarının doğru olmadığını deyib:  “Hər zaman bunu dedim: mən AKP-nin qurucuyam. Bu partiya 18 yaşına daxil olub. Həyatım boyunca bu partiyada qalacam, ona xidmət edəcəyəm. AKP-dən ayrılaraq, yeni partiya quranlara gəldikdə isə, onlar yalnış yoldadırlar. Onlara bunu demək istəyirəm. Bundan savayı, əlimdən heç nə gəlmir”.

Arınç deyib ki, həm Babacan, həm də Davudoğlunun AKP ilə mübarizəyə qalxmalarını istəmir: “Onların hər ikisinin AKP-də böyük xidmətləri var. Bu partiyanın uğurlarında onların payı şübhəsizdir. Çox dəyərli insanlardır. Könül deyir ki, ayrılmasınlar, başqa partiya qurmasınlar. Çox istərdim ki, onlar yenidən AKP-yə xidmət etsinlər. Onlardan gözləntimiz budur.  Hörmətli prezidentimiz də onları çox sevir, zaman-zaman görüşürlər. Ümid edirəm ki, biz qarşı-qarşıya gəlmərik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam