Redaktor seçimi
Deputat İqbal Məmmədovla həmkarı Elmira Axundovanı birləşdirən siyahı –
Hacıbala Abutalıbovun inanılmaz sərvəti-
FOTO
Onun adı FETÖ siyahısından necə “silindi”?
Zaur Hüseynovun Londondakı sərvəti
Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
- Sənədlər
Deputat Mahir Aslnovun topdağıtmaz biznesi-
Günün xəbəri

Zakir Həsənov hərbi qulluqçularla görüşüb-Ön xətdə

 

     Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüb.

      Yenixeber.org: Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini vurğulayıb.

Sonda Müdafiə naziri şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam


Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?