Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Patruşev İrəvana niyə gedir?

 

Patruşev İrəvana niyə gedir?

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev avqustun 12-də İrəvana gedəcək. 

Yenixeber.org: Atlas Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu bu səfərin səbəblərindən yazıb.

Onun sözlərinə görə, Patruşev İrəvana formal olaraq erməni həmkarı Armen Qriqoryanın dəvət ilə getsə də, bu səfərin əsas məqsədi başqadır:

"Çünki bir il əvvəl Ermənistanın Təhlüksəzilik Şurasının katibi özü Moskvaya səfər edib rusiyalı həmkarını İrəvana dəvət etmişdi. Buna baxmayaraq, Nikolay Patruşevin istənilən ölkəyə səfəri adi gəzinti sayılmır. Patruşev ölkəsində əsas vəzifələrdən birinin sahibi olmaqla yanaşı Kreml sahibi Vladimir Putinin dostudur və Rusiya prezidentinin xüsusi və açıq danışılmayan tapşırıqlarını həyata keçirir. Hazırda Moskvanı Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətində iki istiqamət narahat edir. Birincisi, Paşinyan Putinin etirazlarına rəğmən, keçmiş prezident Robert Köçəryanı həbsdə saxlamaqda davam edir, ikincisi, Ermənistanın baş naziri Dağlıq Qarabağda gələnilki “prezident seçkisində” öz adamını otuzdurmağa çalışır, Moskva bunu da istəmir. Patruşev böyük ehtimalla Ermənistan hakimiyyətinin diqqətinə bu iki məsələni çatdıracaq.

Paşinyan hər iki məsələdə israrlıdır. Köçəryanı həbsdən buraxsa, “Qarabağ klanının” simasında qarşısındakı müxalifət güclənəcək. Dağlıq Qarabağda isə öz adamını ona görə otuzdurmağa çalışır ki, ona qarşı qiyam Xankədidən başlamasın. Ancaq Paşinyan bunları həyata keçirərkən Moskvanın maraqları ilə tərs düşür və bu tərsliyin Ermənistanın baş nazirinə necə baha başa gələ biləcəyini anlatmaq üçün Patruşev İrəvana gedir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam