Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“MİQ-29”un və pilotun axtarışına - rusiyalı mütəxəssislər cəlb olunur

“MİQ-29”un və pilotun axtarışına rusiyalı mütəxəssislər cəlb olunur
Rusiyanın Xəzər donanmasının mütəxəssisləri iyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcəklər.
Yenixeber.org:  Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib. Onun sözlərinə görə, rusiyalı mütəxəssislər 2 gündən sonra axtarış prosesinə qoşulacaq.

“Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanmasının təcili xilasetmə dəstəsinin mütəxəssisləri Azərbaycanın qəzaya uğramış “MiQ-29” təyyarəsinin axtarışları üzrə aparılan birgə tədbirlərdə iştirak etmək üçün göndərilib”. 

Axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olacaq.



Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. 

Axtarış prosesinə yerli mütəxəssislərlə yanaşı, Türkiyədən nümayəndə heyəti də cəlb olunub. Hələlik axtarış işləri bir nəticə verməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam