Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ölkəmiz kosmosda yer icarəyə götürüb

 

 Azərbaycan ölkənin ikinci peyki üçün orbital mövqe icarəyə götürüb

"Xeberinfo.com":  Məlumata görə,  bu barədə "Trend"-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.
Yeni orbital mövqe birinci "Azerspace-1” peyki üçün Malayziyadan icarəyə götürülən 46-cı dərəcə şərq uzunluq dairəsi kimi xarici ölkələrin birindən icarəyə götürülüb.
Azərbaycanın ikinci geostasionar peyki üçün orbital mövqenin uzunmüddətli icarəsi haqqında qərar peyk sistemlərinin orbital mövqelərinin koordinasiyasında problemlərin mövcudluğu ilə əlaqədar qəbul edilib.
Söhbət peyk sisteminin yaradılmasını planlaşdıran ölkənin qabaqcadan peyk sistemlərinin əsas xarakteristikalarını dərc etməsi (Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə) və qonşu peyk rabitəsi sistemlərinin bu halda maraqlarına toxunulan bütün sahibləri ilə onların uyğunlaşdırmasını aparmasından gedir.
Mənbənin sözlərinə görə, "Azerspace-2" peykinin yerləşdiriləcəyi orbital mövqe və mövqenin icarəyə götürüldüyü ölkə haqqında informasiya yaxın vaxtlarda açıqlanacaq.
“Azerspace-2” peykinin buraxılışı 2017-ci ilə planlaşdırılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam