Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sabiq nazirin ailəsindən açıqlama

 

“Azərbaycanın eks-müdafiə naziri, general-polkovnik Səfər Əbiyev hazırda Bakıdadır. Heç bir ölkəyə köçməyib. Deyilənlər ona qarşı böhtan və qarayaxmadır”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu AzVision.az-a açıqlamasında S. Əbiyevin qayını, Quba rayon Pirvahid kənd sakini Oktay Məmmədov deyib. O, qeyd edib ki, mətbuatda çıxan bütün xəbərlər yalandır:

“Narahat olmağa heç bir səbəb yoxdur. İnternetdə yazılanlar boş-boş sözlərdir. O, indi Çexiyada deyil. Oradan çıxıb gəlib. Doğma kəndi olan II Nüqədiyə həmişə gəlir, orada qalır. Ölkədən çıxması ilə bağlı saytlardır da yazırlar . 20 ildir ki, mətbuat ondan yazır”. 

O.Məmmədov daha sonra qeyd edib ki, S. Əbiyev öz vətənini heç vaxt tərk etmək niyyətində deyil.

“Səfər müəllim indi Bakıdadır. Özü ilə mən tez-tez əlaqə saxlayıram. O, öz vətənindən heç yerə getməyib. Nə üçün getməlidir ki? Mətbuatda yalan yazırlar. Dekabr ayında bir ay onunla kənddə olmuşuq. Bayramı Azərbaycanda qeyd edib. Yalandan yazırlar ki, xaricdə olub. O, tez-tez kəndə gəlir, burada qalır. Adi insanlarla görüşüb söhbət edir. Övladları da yaxşıdır. Heç bir problemi yoxdur”.

Sabiq nazirin qohumu qeyd edib ki, S.Əbiyevin səhhətində heç bir problem yoxdur:

“Səhhəti də yaxşıdır. Şükür Allaha heç bir ağrısı yoxdur”.

Qeyd edək ki, son günlər ölkə mətbuatında Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin ölkəni tərk ertməsi barədə məlumatlar yayılıb. Yayılan xəbərlərdə qeyd olunub ki, S. Əbiyev Çexiyada vətəndaşlıq alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam