Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Fransa prezidenti Britaniyanın baş naziri ilə görüşəcək

 

“Fransa Britaniyanın yeni seçilmiş baş naziri Boris Consonla işləməyə hazırdır. Lakin nə Paris, nə də Avropa İttifaqına üzv digər ölkələr "Brexit" razılaşmasının şərtlərini yenidən müzakirə etməyəcəklər".

Yenixeber.org: "France 2" telekanalının verdiyi xəbərə görə, bu sözləri Fransanın Avropa məsələləri üzrə dövlət naziri Ameli de Monşalen deyib.

Nazir bildirib ki, Fransa prezident Emmanuel Makron Britaniyanın baş naziri Boris Consonu Fransaya dəvət edib və onlar yaxın zamanda Fransada görüşəcəklər.

“Biz onunla işləmək istəyirik. Bizim Birləşmiş Krallıqla gələcək əlaqələrimiz güclü olacaq və "Brexit"dən sonra da bu ölkə bizim partnyorumuz olaraq qalacaq", - deyə Monşalen qeyd edib.

Qeyd edək ki, Fransanın Yelisey sarayı Emmanuel Makron və Boris Consonun növbəti həftələrdə görüşəcəyi və onların "Brexit" məsələsini müzakirə edəcəyi barədə məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam