Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Avtovağzal” stansiyası açılır

 

“Yeni stansiyada işlər yekunlaşmaq üzrıədir və yaxın vaxtlarda sərnişinlərin ixtiyarına veriləcək”. 



"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev stansiyalarda aparılan təmir işləri barədə məlumat verərəkən dedi. N.Paşayevin sözlərinə görə, bir neçə stansiyada təmir işləri artıq yekunlaşmaq üzrədir:

“Metronun təmirə ehtiyac duyulan stansiyalarında işlər davam etdirilir. Bəzi stansiyaların giriş və çıxış hissələrində işlər yekunlaşmaq üzrədir”.

Metronun “Avtovağzal” stansiyanının açılışına da toxunan qurum rəsmisi bildirdi ki, stansiya yaxın vaxtlarda sakinlərin ixtiyarına veriləcək:

“Artıq “Avtovağzal” stansiyasında da işlər yekunlaşmaqdadır. Bu il ərzində stansiyanın açılışını planlaşdırırıq. Stansiya ətrafında da təmir-yenidənqurma işləri aparılmalıdır. Yaxın vaxtlarda “Avtovağzal” stansiyası sərnişinlərin istifadəsinə veriləcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam