Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ermənistanın Konstitusiya məhkəməsinin - sədrinə qarşı cinayət işi başlayacaq

Hökumət Ermənistan konstitusiya məhkəməsinin sədri və keçmiş ədliyyə nazir Qrayr Tovmasyana qarşı cinayət işinin başlanmasını istəyir.

Yenixeber.org: Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq Radiosu”na müsahibəsində bildirib.

Hökumət başçısı bildirib ki, Q.Tovmasyan ədliyyə naziri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir neçə notarial kontoru qeyri-qanuni özəlləşdirib: “Hökumət buna görə onu cinayət məsuliyyətinə cəlb etdirmək niyyətindədir”.

Qeyd edək ki, Qrayr Tovmasyan 1970-ci il iyunun 8-də Ermənistanın Ararat vilayətinin Darakert kəndində anadan olub.

Ehtiyatda olan mayordur. 1998-ci ildən Rusiya-Erməni Universitetində dərs deyir. 2006-cı ildən Avropa Şurasının Yerevandakı məkətbində siyasi kurslarda mühazirə oxuyur. Özü bu məktəbin məzunudur. 2010-cu il dekabrın 17-dən 2014-cü il aprelin 30-dək Ermənistanın ədliyyə naziri işləyib. 2017-ci il aprelin 2-də o vaxtkı hakim Respublikaçılar Partiyasından deputat seçilib. 2018-ci il martın 2-də Konstitusiya məhkəməsinin üzvü təyin edilib və həmin il martın 21-dən isə məhkəmənin sədridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam