Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rəsmi Tbilisi:“Azərbaycanla sərhəddə insidentin təkrarlanmasına yol verilməyəcək”

 

“Ümid edirik ki, Azərbaycanlı həmkarlarımızla birgə dövlət sərhədinin delimitasiya prosesi ölkələr arasındakı strateji tərəfdaşlıq ruhuna uyğun olaraq başa çatdırılacaq”.

Yenixeber.org: Bu barədə Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia yerli İctimai televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Gürcüstanın hökumət komissiyası iyulun 14-də Keşikçi-Dağı Məbəd Kompleksində baş verən insidentdən narahatdır: “Gürcüstan tərəfi bu cür təxribatları qınayır. Bu cür halların təkrarlanmasına yol verilməyəcək”.

L.Darsalia insidentlə bağlı ətraflı araşdırmanın aparıldığını deyib.

O, Gürcüstanın delimitasiya prosesinin başa çatmasında maraqlı olduğunu qeyd edib.

İyulun 14-də Azərbaycan Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam