Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bir qrup şəxs Mirşahin Ağayevi məhkəməyə verir

 

Yenixeber.org: Gəncə hadisələrinə görə həbs olunan şəxslərdən bir qrupunun valideyni "Real TV"nin rəhbəri Mirşahin Ağayevi məhkəməyə verəcəyini bildirir. Elmir Hüseynzadənin anası Sevinc Hüseynova deyib ki, onun övladı haqqında nəinki qanuni qüvvəyə minmiş hökm, ümumiyyətlə, hökm yoxdur hələ. “Kim ixtiyar verib ki, onlar terrorçu kimi təqdim olunsun? Peşəkar jurnalist bilməlidir ki, konstitusiyada, qanunlarda təqsirsizlik prezumpsiyası deyilən anlayış var. İkincisi, ümumiləşdirmə yolverilməzdir", - deyə S.Hüseynova Meydan TV-yə bildirib.

Onun sözlərinə görə, iddia ərizəsinin hazırlanması üçün artıq vəkilə müraciət ediblər. "Real TV"də yayımlanan "Mirşahinin vaxtı” proqramında Gəncə hadisələri təhlil olunarkən orada baş verənlərin xüsusi hazırlanmış terror aktı olduğu bildirilib. Valideynlər isə övladlarının terrorçu kimi təqdim olunmasına etiraz edir.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəsini həyata keçirən Qasım Aşpazova silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları da olayı terror aktı kimi qiymətləndirib.

İddia olunur ki, Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub. Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə İcra Hakimiyyətinin binası qarşısında keçirilən aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər. Onları qətlə yetirən Rəşad Böyükkişiyevin özü də bir gün sonra öldürülüb. Gəncə hadisələri ilə əlaqədar 80-ə qədər adam həbs olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam