Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Vergilər Nazirliyi -“Bakı Şampan Şərabları” ASC-nin direktorunu cərimələyib

Vergilər Nazirliyi “Bakı Şampan Şərabları” ASC-nin direktoru Cəfərov Saib Cabir oğlu barəsində inzibati protokol tərtib edərək, ona cərimə yazıb.

Yenixeber.org: S.Cəfərov İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib.

Həmin maddə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə məsuliyyət nəzərdə tutur.

Bu xətaya görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

Cərimə ilə bağlı Nərimanov Rayon Məhkəməsinin qərarından verilən şikayəti Bakı Apelyasiya Məhkəməsi qüvvədə saxlayıb.

Qeyd edək ki, “Bakı Şampan Şərabları” ASC alkaqollu içkilər istehsal edən müəssisədir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam