Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

PA rəsmisi: "FETÖ terror təşkilatının Azərbaycandakı bütün dayaqları sarsıdılıb..."

"15 iyul Türkiyədə qəhrəmanlıq tarixidir. 2016-cı il iyulun 15-də xalqın seçdiyi hökumətin devrilməsinin qarşısı alındı. Türkiyə xalqı ağır texnikanın qarşısına çıxdı. Bu, qəhrəmanlıq idi. Qəhrəmanlıq ölümə atılmaq deməkdir. Həmin qəhrəmanlar da dövlət üçün ölümə atıldılar. Bu hadisəyə ilk rəsmi münasibət bildirən ölkə Azərbaycan oldu. Azərbaycan terrordan əziyyət çəkən ölkədir və terrorla mübarizə aparır".

Yenixeber.org: Bunu Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümünə həsr edilən "Demokratiya zəfəri" adlı tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib.

O bildirib ki, FETÖ terror təşkilatının Azərbaycandakı bütün dayaqları sarsıdılıb, onların fəaliyyətinə son verilib: "Biz çiyinə-çiyinə qardaşlığımızı qoruyub saxlamışıq. Xatırlayırsınızsa, beynəlxalq tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, Türkiyə Prezidenti burada yoxdursa, mən varam. Türkiyə də beynəlxalq tədbirlərdə Azərbaycanın mövqelərini müdafiə edir. Azərbaycan da torpaqları uğrunda şəhid verib. 1990-cı il yanvarın 20-də də Azərbaycan xalqı mübarizəyə qalxdı, tankların qarşısına çıxdı. Bu torpaqlar qanla suvarılıb. Bütün şəhidlərin qarşısında baş əyirəm".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam