Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gennadi Arveladze: "Sanksiyalar mənfi təsir göstərə bilər..."

“Rusiyanın sanksiyaları Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Yenixeber.org: Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti bazarların diversifikasiyası istiqamətində hər zaman iş aparır: “Rusiya sanksiyalar barədə qərar qəbul etsə, bu, çox məyusedici olacaq. Lakin ümid edirik ki, belə qərar verilməyəcək. Əlbəttə ki, sanksiyalar tətbiq olunsa, Gürcüstan iqtisadiyyatına təsiri mənfi olacaq. Belə ki, Rusiya Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir”.

G.Arveladze Gürcüstanın hər hansı bir bazardan asılı olmadığını da qeyd edib: “Rusiyanın Gürcüstanın ümumi ixracında payı 13 faiz təşkil edir. Rusiya əhəmiyyətli ticarət tərəfdaşıdır, lakin Gürcüstanın Avropa İttifaqı, Asiya və ABŞ da daxil olmaqla digər bazarları da var”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasında Gürcüstandan ölkəyə şərab və mineral suların idxalının qadağan olunması və digər iqtisadi sanksiyalar nəzərdən keçirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam