Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Zakir Həsənov:“Qəbələ görüşündə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü dəstəklənib”

Zakir Həsənov: “Qəbələ görüşündə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü dəstəklənib”

Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin Qəbələ görüşü yüksək səviyyədə başa çatıb.

Yenixeber.org:  Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüşdən sonra keçirilən brifinqdə bildirib. 

Nazir qeyd edib ki, digər sahələrdə olduğu kimi müdafiə sahəsində də üç qonşu dost ölkə əməkdaşlığı uğurla davam etdirilir: “Keçən il Türkiyədə memorandum imzalandı. Həmin memoranduma uyğun olaraq bizim üçtərəfli formatda görüşlərimizin hüquqi bazası yarandı. İl ərzində üçtərəfli əməkdaşlığın planında olan məsələlərin icrası müzakirə olunub”. 

Z. Həsənov bildirib ki, görüşdə Türkiyənin terrorizmlə mübarizəsini hər üç tərəf dəstəklədiyini bəyan edib: “Hər üç tərəf Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir. Görüşdə həmçinin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hərbi əməkdaşlıq sahəsində əməkdaşlıqla bağlı görülmüş işlər müzakirə olundu. Onu da qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Məsələn, 2018-ci ildə Türkiyə ilə birdə yeddi təlim keçirilib. 2019-cu ildə isə 13 birgə təlimin keçirilməsi planımızda var. İlin sonuna kimi bunların hamısı icra olunacaq”.

“Görüşdə biz Gürcüstan tərəfini də bu təlimlərə qatılmağa dəvət etdik. NATO xətti ilə Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri də Gürcüstanda həyata keçirilib. Həmçinin Gürcüstanda dağ təlim mərkəzində çox uğurlu təlimlər icra olunub. Hər üç tərəf bu təlimlərin uğurla həyata keçirilməsinə razılıq verib və təlimlərin davam etdirilməsinə dair qərar qəbul olunub”, - deyə Zakir Həsənov bildirib. 

APA-nın məlumatına görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent “Atlantic Council”də çıxışında deyib.

O bildirib ki, ölkəsi əvvəli kimi Minsk prosesinə sadiqdir: “Biz hesab edirik ki, bu münaqişənin həlli Azərbaycan və Ermənistanın təhlükəsizliyi və gələcəyi üçün çox vacibdir. Həmkarım, amerikalı həmsədr Endryu Şofer bu yaxınlarda digər həmsədrlərlə birlikdə yüksək və nazirlər səviyyəsində görüşlərin təşkilini davam etdirmək üçün regionda səfərdə oldu. Biz bu uzunmüddətli münaqişənin həlli ilə bağlı səylərimizi güc tətbiq etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında davam etdirəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam