Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Deputat Fazil Mustafa:"Deputatların Prezidentin islahatlarına dəstək vermək..."

“Deputatların qanunların icrasına nəzarət mexanizmində rolu olması yaxşı olardı. Məsələn, deputatları məhkəmə-hüquq islahatları prosesinə cəlb edilməlidir”.

Yenixeber.org: Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa  deyib.

O vurğulayıb ki, bu proses qaneedici deyil: “Prezident İlham Əliyevin iqtisadi sahədə islahatlar həyata keçirir. Deputatların bu islahatlara dəstək vermək təmayülü hiss olunmur. Bu barədə düşünmək lazımdır. Milli Məclisdə iclaslarda iştirak etmək vacibdir, amma əsas ağırlığı məhsuldar çalışmağa yönəltmək lazımdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, nizam-intizam olmazsa, məhsuldar iş də olmaz: “Milli Məclisin Daxili Nizamnaməsində də qeyd edilib ki, deputatlar əsasən gündəlik ətrafında çıxış etmək lazımdır. Xahiş edirəm, bu məsələləri “Deputatın statusu haqqında” qanununa dəyişiklik layihəsi müzakirə edilərkən qaldırın".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam