Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

MTRŞ-dan “Lider TV”yə- Xəbərdarlıq

 

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. 

"Xeberinfo.com":   MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda “Lider TV və Radio Azərbaycan” MMC tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinin pozulması faktı müzakirə edilib.

“Lider TV və Radio Azərbaycan” MMC tərəfindən dekabrın 21-i, saat 19:00-da efirə gedən “Seçim” verilişinin yayımı zamanı (saat 19:25) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, "Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar"ın 2.1-ci bəndinin, həmçinin 11 dekabr, 17 dekabr, 18 dekabr, 22 dekabr, 24 dekabr 2014-cü il tarixlərdə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.4; 16 dekabr, 22 dekabr 2014-cü il tarixlərdə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.5; 11 dekabr 2014-cü il tarixdə «Televiziya və radio yayımı haqqında» Qanunun 35.7-ci maddəsinin tələblərinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam