Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Avropa Şurasının rəhbəri - Brexitin dayandırılması ehtimalı haqda

Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının qarşısının alınması üçün imkanlar hələ qalır.

Bunu Avropa Şurasının rəhbəri Donald Tusk “La Vanguardia” qəzetinə müsahibəsində deyib. “Fikrimcə, Brexit prosesinin dayandırılmasının mümkünlüyü 20-30 faizdir. Bu, elə də az deyil. Hələ təslim olmaq üçün səbəb görmürəm”, - deyə Avropa Şurasının rəhbəri bildirib.

Yenixeber.org: Xatırladır ki, Böyük Britaniya Avropa İttifaqını Brexit barədə yazılı müraciətin verildiyi vaxtdan iki il sonra – 2019-cu il martın 29-da tərk etməli idi. Lakin İcmalar Palatasının deputatları Baş nazir Tereza Meyin Avropa liderləri ilə danışıqların gedişində əldə etdiyi Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd edib. Bundan sonra Brüssel Londonun müraciəti əsasında prosesin həyata keçirilməsi vaxtını iki dəfə - aprelin 12-nə və mayın 22-nə qədər təxirə salıb. Birinci tarix Böyük Britaniyanın Avropa İttifaqını sazişsiz tərk etməsini nəzərdə tuturdu, ikinci isə, əksinə, Brexit üzrə sazişin İcmalar Palatasında qəbulundan sonra onun ratifikasiyası üzrə bütün formal prosedurların sona çatdırılması üçün əlavə vaxt verirdi.

 

Tereza Mey prosesi siyasi dalandan çıxara bilmədikdən sonra müddətin yenidən uzadılması üçün Avropa İttifaqına təkrar sorğu göndərib. Aİ-nin aprelin 11-də keçirilən təcili sammitinin nəticələrinə əsasən, Brexit prosesinin müddətinin oktyabrın 31-dək uzadılması barədə qərar qəbul edilib. (AzərTac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam