Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətində canlanma

Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətində canlanma
Ankarada “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC), “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Türkiyə Dövlət Dəmir Yolları” (TCDD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
ASC-dən verilən məlumata görə, mərasimdə hər üç ölkəni təmsil edən hökumət üzvləri, səfirlər və digərləri məsul şəxslər iştirak ediblər. Əvvəlcə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə bağlı sənədli film nümayiş olunub. 
Sonra Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov və Türkiyə Dövlət Dəmiryollarının baş direktoru Əli İhsan Uyğunun çıxışları dinlənilib. 
Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan, Türkiyə və Rusiya arasında dəmir yolu sahəsini əhatə edən üçtərəfli əməkdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətində canlanma yaradacaq. Əminliklə ifadə olunub ki, əməkdaşlığın yeni forması Rusiyanın şərqindəki dəniz limanlarına daxil olan yüklərin Qafqazdan və Anadoludan keçməklə mənzil başına çatmasını təmin edəcək. 
Çıxışçılar öz ölkələrində həyata keçirilən nəqliyyat və infrastruktur layihələr haqqında müfəssəl məlumat veriblər və bu sahədə əməkdaşlığın faydalı istiqamətləri barədə fikir və mülahizələrini bölüşüblər. 
Sonra sözügedən sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Rusiya Dəmir Yolları” ASC-nin İdarə Heyətinin sədri Oleq Belozyorov və Türkiyə Dövlət Dəmiryollarının baş direktoru Əli İhsan Uyğun imzalayıblar.  (Azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam