Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

ABŞ Azərbaycan hakimiyyətinə qarşı

 

Qabil Hüseynli: “ABŞ regionda bu qədər gərginliyin, problemlərinin olduğu vaxtda işi işə qatmaz”

"Xeberinfo.com": Məlumata görə,Son günlər ABŞ-la Azərbaycan hakimiyyəti arasında soyuq münasibətlərin müşahidə olunması bir sıra dairələrdə prosesin Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiqinə gətirib çıxarmaq üzrə olduğu rəyini yaradıb. Məsələn, dünən “Azadlıq” qəzeti ABŞ-ın Azərbaycan hakimiyyətinə qarşı sanksiyalarının hazır olduğunu yazıb. Yazıda bildirilir ki, ABŞ yaxın vaxtlarda qərarın icrasını elan edə bilər. Qəzet diplomatik mənbələrə istinadən yazıb ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar artıq qətiləşib: “Azərbaycan hakimiyyətinin anti-ABŞ isterikasının səbəbi də budur.

Yəni artıq YAP iqtidarı da sanksiya ilə bağlı qərar verilməsindən xəbərdardır. Mənbə bildirib ki, Vaşinqtonda Azərbaycan hakimiyyətinə qarşı sanksiyaların müzakirəsindən sonra ABŞ dövlət katibinin sabiq köməkçisi David Kramerin açıqlamasına diqqət yetirmək kifayətdir ki, Azərbaycan hakimiyyətini nələrin gözlədiyi barədə təsəvvür yaransın. Qeyd edək ki, David Kramer müzakirələrdən sonra ”Amerikanın səsi"nə bildirib ki, ABŞ Azərbaycandakı repressiv siyasətdən narahatdır. Onun fikrincə, ABŞ Konqresi yanvar ayında fasilədən qayıtdıqdan sonra orada Azərbaycanla bağlı dinləmələr olacaq. ABŞ-ın təzyiqləri artacaq və Bakıya səfərlər zamanı  insan haqları məsələsi başlıca yer tutacaq.
Sanksiyalara gəlincə, David Kramer bu barədə əminliklə danışıb. O deyib ki, sanksiyalar ünvanlıdır və insan haqlarının pozulmasında məsul olan məmurlara tətbiq olunacaq. Bura viza qadağası və bank hesablarının dondurulması daxildir.
ABŞ dövlət katibinin keçmiş köməkçisinin açıqlamalarından belə aydın olub ki, Azərbaycan hakimiyyətinə sanksiyalar təkcə “Maqnitski aktı” ilə məhdudlaşmayacaq. Hakimiyyət isə siyasi məhbusları azad etmək əvəzinə ABŞ-a qarşı hücumları davam etdirir. Bu baxımdan mümkündür ki, Vaşinqton yaxın vaxtlarda sanksiya qərarının icrasını elan etsin".
Bəs deyilənlərin reallaşması ehtimalı varmı? ABŞ-ın Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq etməsi realdırmı?
Politoloq Qabil Hüseynli bildirdi ki, indiki vaxtda ABŞ-ın Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcəyi inandırıcı deyil. Çünki ABŞ regionda bu qədər gərginliyin, problemlərinin olduğu vaxtda işi işə qatmaz: “Ən azından bu saat ABŞ-ın başı Rusiya ilə bağlı, İŞİD-lə bağlı problemlərə qarışıb. Belə bir şəraitdə regionun mühüm dövlətlərindən biri olan Azərbaycanla münasibətləri kökündən korlayacaq addım atmaq, müxtəlif sanksiya qanunlarını Azərbaycan siyasi elitasına tətbiq etmək yerinə düşməzdi. Heç bunun əsası da olmazdı”.
Politoloqun fikrincə, Amerika Azərbaycanla münasibətləri düzəldəcək. Bu münasibətlərin düzəlməsi üçün lazım olan nə varsa hamısı ediləcək: “Çünki Azərbaycan-ABŞ münasibətlərinin o qədər də uzaq olmayan keçmişi yaxın dostluq və strateji əməkdaşlıq tellərinə əsaslanırdı. İndi münasibətlər bir qədər souyuyub və müəyyən qarşıdurma elementləri müşahidə olunur. Amma bəzən bu, mediada həddən artıq şişirdilmiş şəkildə təqdim olunur. Mən güman edirəm ki, hər halda, Azərbaycan tərəfi də müəyyən kompromislər yolu seçməklə bu münasibətlərin normal məcraya yönəlməsinə çalışacaq. ABŞ tərəfi də sözsüz ki, Azərbaycanla münasibətlərin sanksiyalar tətbiqi səviyyəsinə qədər pisləşməsini istəməz”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam