Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bu ölkədə parlament seçkiləri keçirilir-Növbədənkənar

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir
Bu gün İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Yenixeber.org: "Alman dalğası"nın məlumatına görə, növbədənkənar seçkilərdə 4 il müddətində parlamentin aşağı palatasına - Konqresə 350 deputat, parlamentin yuxarı palatasına - Senata 266 deputat seçiləcək.

Seçki məntəqələri yerli vaxtla saat 09.00-da açılacaq, səsvermə saat 20.00-da başa çatacaq. Seçkilərin yekun nəticəsi mayın 13-də elan olunacaq.

İspaniyada növbədənkənar seçkilərin keçirilməsinin səbəbi siyasi qeyri-stabillikdir. İspaniya Sosialist İşçi Partiyasının 2018-ci ilin iyununda formalaşdırdığı hökumət parlamentdə çoxluq tərəfindən dəstəklənmir. Hökumətin faktiki olaraq bütün fəaliyyəti, o cümlədən 2019-cu il üçün büdcə layihəsi parlamentdə qəbul edilməyib.

Sosioloji sorğulara əsasən, heç bir partiya Konqresdəki 350 yerdən 176-nı qazanaraq hökuməti təkbaşına formalaşdırmaq üçün parlament çoxluğuna sahib olmayacaq.

Qeyd edək ki, seçkilərə 80 partiya və seçki bloku qatılıb. Ancaq onlardan yalnız 10-13-nün parlamentdə təmsil olunmaq şansı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam