Redaktor seçimi
Bakı şəhər İcra Hakimiyyətinin başçısı və biznes
55 milyonluq tender udan şirkət “yoxa” çıxıb – Fəhlələr 4 ildir maaşlarını ala bilmir:
“METRO ZAUR”UN PADŞAHLIQ ARZUSU – Və yaxud Zaur Hüseynovun ad günündən qalmaqallı görüntülər… –
Rüstəm Usubovun və yaxın qohumlarının BİZNES ŞƏBƏKƏSİ —
İradə Gülməmmədovanın həyat yoldaşının biznesi açıqlandı -
Şəkinin icra başçısının varidatı açıqlandı: Villaları, şirkətləri, hotelləri və …
Nazir Azad Rəhimovun qardaşı olmaq
Əli Həsənovun nəvəsinin Avropadakı biznesi üzə çıxdı-
Günün xəbəri

Prezident Niderland kralını, CAR və Syerra-Leone prezidentlərini təbrik edib

Prezident Niderland kralını, CAR və Syerra-Leone prezidentlərini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Niderland Kralı Əlahəzrət Villem-Aleksanderi bu ölkənin milli bayramı – Kral Günü münasibəti ilə təbrik edib.

Yenixeber.org: Təbrik məktubunda deyilir:

“Əlahəzrət, 

Ölkənizin milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Prezident İlham Əliyev həmçinin Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bionu bu ölkənin milli bayramı – Müstəqillik Günü, Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı həmin ölkənin milli bayramı – Azadlıq Günü münasibətilə təbrik edib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}