Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Zakir Həsənov yeni tikilən hərbi hissələrdə -Foto

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidmət, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olublar.

Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

General-polkovnik Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra, inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam