Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Daha bir ölkə Rusiyadan neft idxalını dayandırdı

Polşa “Drujba” neft kəməri vasitəsilə Rusiya neftinin alışını dayandırıb.

Yenixeber.org:Məlumata görə, bunu BELTA agentliyinə açıqlamasında “Qomeltransneft Drujba” ASC-nin baş mühəndisi Andrey Veriqo deyib. Onun sözlərinə görə, Polşa neft idxalını aprelin 24-ü saat 22:00-dan etibarən dayandırıb.

Veriqo bildirib ki, şirkətin neft kəmərinin Polşa üzrə operatoru olan PERN kompaniyasından bununla bağlı məktub alıb və məktubda idxalın Rusiya neftinin keyfiyyəti ilə əlaqədar dayandırıldığı vurğulanıb. Belə ki, bu neftin Almaniya və Polşa neft emalı zavodlarında işlənə bilmədiyi, onun zavodlarda qəza riski yaratdığı bildirilib.

Qeyd edək ki, bundan öncə Belarus da Rusiyadan neft idxalını dayandırmışdı. Buna səbəb Rusiya neftinin keyfiyyətinin çox aşağı olması göstərilmişdi.

Minsk baş verənlərə görə “Transneft” şirkətini ittiham etmiş və ondan kompensasiya tələb edəcəyini söyləmişdi.

“Drujba” magistral neft kəmərləri sistemidir. 1960-cı illərdə tikilən sistem Rusiyadan Macarıstan, Çexiya, Slovakiya, Polşa, Belarus, Almaniya, Litva, Latviya, Macarıstan, Xorvatiya, Ukraynaya neft tədarükünü təmin edir. Bu sistem vasitəsilə Rusiya il ərzində 66,5 milyon ton neft ixrac edir. Hazırda bu neft kəmərləri sistemi “Transneft” şirkətinin nəzarətindədir. (axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam