Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Mahmudov və arvadının bank hesabları şoka saldı

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın adına olan çoxlu sayda bank hesabları açıqlanıb.

Yenixeber.org: Məlumata görə, Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın “Kapitalbank”, “Azərbaycan Beynəlxalq Bank”, “Azərtürkbank”, “Nikoyıl İnvestisiya kommersiya bankı”, “AGbank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”da olan bank hesabları üzə çıxıb.

Nuranə Mahmudovanın adına rəsmiləşdirilmiş Kapitalbank ASC-nin Sabunçu filialındakı hesabda 153.000 manata bərabər 90.000 ABŞ dolları, 8.400,95 manat, 1.025.843,26 manata bərabər 603.437,21 ABŞ dolları, Vüqar Mahmudovun adına rəsmiləşdirilmiş həmin filialda yerləşən bank hesabından 64.260 manata bərabər 37.800 ABŞ dolları, 63.237,74 manata bərabər 37.196,48 ABŞ dolları, “Azərbaycan Beynəlxalq Bank”nın mərkəzi filialında yerləşən hesabında 39.650,72 ABŞ dolları, 63,94 manat, Sabunçu filialında yerləşən hesabda 71,82 manat aşkar olunub.

Həm Vüqar Mahmudovun, həm də Nuranə Mahmudovanın qeyd olunan bütün bank hesablarına həbs qoyulub.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.(Teleqraf.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam