Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Çaylarında vəziyyət:İntensiv yağışlar...

  

  

 

Respublikanın əksər çaylarınında sululuğun artımı müşahidə olunub. 

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində yağan intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 60, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında  sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla  150-300 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyət

Aprelin 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 385 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 54 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 380 m3/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 26 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 222 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 125 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 154 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Ötən günlər ərzində ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Kür çayının sağ və sol qolları çaylarında sululuq artaraq Kür çayının aşağı axınında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub. Hazırda suyun səviyyəsinin artmasına baxmayaraq, Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 62 sm artaraq 538 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 22-də isə 390 sm olub.  Şirvan məntəqəsində suyun səviyyəsi 54 sm artaraq 269 sm qeydə alınıb. 2018-ci il aprelin 22-də isə bu rəqəm 258 sm təşkil edib. Salyanda suyun səviyyəsi 40 sm artıb və 287 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 179 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 12 sm artaraq 210 sm olub və bu göstərici 2018-ci il aprelin 22-də 178 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 70 sm artaraq 290 sm müşahidə olunub. Bu rəqəm  2018-ci il aprelin 22-də isə 94 sm təşkil edibtmişdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam