Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

ABŞ müttəfiqləri Tehrana məxfi təklif edib – İran kəşfiyyatı 

 

ABŞ müttəfiqləri Tehrana məxfi təklif edib – İran kəşfiyyatı
ABŞ administrasiyasının İrana qarşı sanksiya siyasətinin uğursuzluğu Vaşinqtonun müttəfiqlərini rəsmi Tehranla danışıqlara başlmağa məcbur edib. 
Yenixeber.org: "Tasnim” agentliyi xəbər verir ki, bunu İranın kəşfiyyat naziri Mahmud Ələvi bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın müttəfiqləri Vaşinqtonun sanksiya siyasətinin onların milli maraqlarına zərbə vurmasından bezərək, Vaşinqtonun arxasından İrana gizli əməkdaşlıq təklif ediblər. 

ABŞ-ın müttəfiqləri biləndə ki, səs-küy salmasına rəğmən Tramp (ABŞ prezidenti) heç bir şey edə bilməyəcək, onlar İranla məxfi danışıqlar üçün təklif göndərdilər” - Mahmud Ələvi vurğulayıb. Lakin söhbətin konkret hansı məxfi danışıqlardan getdiyinə aydınlıq gətirməyib. 

İran kəşfiyyatının rəhbəri ABŞ prezidenti Donald Trampın İran İnqilabı Keçikçiləri Korpusunu terror təşkilatları siyahısına salmasına da toxunaraq bildirib ki, belə “ağılsız addıma” cavab olaraq İran xalqı İnqilabı Keçikçiləri ilə həmrəylik nümayiş etdirməklə, Trampa şillə vurub. Ələvinin sözlərinə görə, ABŞ-ın bu cür tədbirləri əks-effekt verərək İransilahlı qüvvələrininn birliyini daha da gücləndirib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam