Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

AKP İstanbulu da itidri -Foto

 

 

Türkiyə Ali Seçki Qurumu İstanbuldakı bələdiyyə seçkisindəki səslərin 99,63%-ni hesablayıb.

Yenixeber.org: “Sözcü” qəzeti xəbər verir ki, qurumun son hesablamlarına əsasən, CHP-nin İstanbul bələdiyyəsi vəzifəsinə namizədi Əkrəm İmamoğlu seçki yarışında irəliyə keçib. Qəzet qurumun saytında İmamoğlunun 48,8% səs topladığı informasiyasının yer aldığını qeyd edib. Binəli Yıldırımın səsləri isə 48,48% təşkil edib.

İmamoğlunun ümumilikdə 4 milyon 155 min 141 səs, Yıldırımın isə 4 milyon 127 min 770 səs topladığı vurğulanıb. Tərəflər arasında səs fərqi 27.371 təşkil edib.

Qeyd edək ki, rəsmi rəqəmlər hələ açıqlanmasa da, Binəli Yıldırım İstanbulda qələbə qazandığını açıqlayıb. CHP-nin namizədi Əkrəm İmamoğlu isə özünün 4 milyon 167 min 752 səs, rəqibi B.Yıldırımın isə 4 milyon 139 min 833 səs topladığını açıqlayıb.

***

Türkiyənin nüfuzlu Dəmirörən Xəbər Agentliyi CHP-nin İstanbulda bələdiyə sədrliyinə namizədi Əkrəm İmamoğlunun seçkilərdə öndə olduğunu iddia edib.

Nəşr Türkiyənin Yüksək Seçki Qurumunun (YSK) nəticələrinə əsasən bu iddia ilə çıxış etdiyini açıqlayıb.

YSK-nın rəsmi saytındakı məlumata görə, Əkrəm İmamoğlu səslərin 48.8 faizini toplayıb. AKP namizədi Binəli Yıldırım isə 48.48 faiz səsə sahib olub. İmamoğlu 4 milyon 155 min 141 səs, Yıldırım isə 4 milyon 127 min 770 səs qazanıb. Aradakı fərq 27 min 371-ə bərabər olub.

31 min 186 sandıqdan 31 min 70-i açılıb.

Nəşr xəbərin təsdiqi kimi YSQ-nin rəsmi nəticəsinin skrinini də paylaşıb.

Qeyd edək ki, YSQ-nin rəsmi saytına giriş güclü yüklənmə səbəbindən dayanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam