Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Hökumət “sarı jiletlilər”lə bacara bilmir

 

Fransa hökuməti “sarı jiletlilər”lə bacara bilmir
Fransa hökumətinin mitinqlər zamanı özbaşınalığı və iğtişaşların qarşısını almaq üçün gördüyü tədbirlər yetərli olmayıb.

 Yenixeber.org: Bunu “sarı jiletlilər”in 16 martda keçirdikləri növbəti etiraz aksiyasına münasibətdə Fransanın baş naziri Eduard Filip bəyan edib.
“Ötən axşamkı (şənbə günü) hadisələrin analizi sübut edir ki, ölkədə zorakılığın və qanun pozuntularının qarşısının alınması üçün qəbul edilən tədbirlər yetərli olmadı”, – deyə Filip vurğulayıb.

Qeyd edək ki, “sarı jiletlilər” aksiyasının 30 mindən çox iştirakçısı martın 16-da paytaxt Paris və Fransanın digər əyalətlərində küçələrə çıxaraq sayca 18-ci etiraz aksiyası keçiriblər. Onlar bahalı mağazaların vitrinlərini dağıdıb, qəzet köşklərini, avtomobilləri və məşhur fransız restoranını yandırıblar. Polisin aksiya iştirakçılarına qarşı travmatik tapança, su şırnağı və gözyaşardıcı qaz tətbiq etməsi nəticəsində 60-dan çox etirazçı xəsarət alıb.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, “sarı jiletlilər”in etdikləri artıq aksiya çərçivəsindən kənara çıxır və etirazçıların məqsədi ölkəni məhv etməkdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam