Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Tək oğlanlar əsgər gedəcəkmi?

 

“Onların ön cəbhədə xidmət məsələsinə mütləq baxılmalıdır”

 

"Xeberinfo.com":  Ailənin tək oğlunun ön cəbhəyə aparılması, eyni zamanda magistr təhsili alan tələbələrə möhlət hüququnun verilməsi zaman-zaman müzakirə mövzusuna çevrilib.
Milli Məclisin iclaslarında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dəfələrlə magistrlərə hərbi xidmətdən möhlət verilməsi məsələsinə yenidən baxılmasını təklif ediblər.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc isə ailənin tək oğlunun ön cəbhədə xidmət etməsinin əleyhinə olduğunu vurğulayıb: “İstənilən şəkildə ailənin tək övladının ön cəbhədə xidmət məsələsinə mütləq baxılmalıdır. Zənn edirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bütün çağırışçıların göndərişini həyata keçirərkən belə şəxsləri istisna hal kimi digər siyahılara daxil etməli, onlar cəbhəyanı ərazilərdən 30-40 kilometr uzaqlıqda xidmətə çağrılmalıdır ki, ailənin çırağı da sönməsin”.
Deputatın bu çıxışı xüsusilə, bu il sentyabrın 27-də erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Hacıqabuldan olan şəhid Allahverdi Baxışlının yeganə oğlu Əbülfəz Baxışlının da şəhid olmasından sonra aktuallaşıb.
Sözügedən hər iki məsələ uzun müddətdir müzakirə edilsə də, nəticə hasil olmayıb.
Müdafiə xarakterli məsələlər olduğundan Modern.az saytı Müdafiə Nazirliyinin də mövqeyini öyrənib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polkovnik Vaqif Dərgahlı saytımıza açıqlamasında bildirib ki, bu, Müdafiə Nazirliyindən asılı məsələ deyil:
“İstənilən halda, sözügedən məsələlər Mili Məclisin müzakirəsi və qərarı ilə həll oluna bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam