Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Bu Nazirliyin 4 regional idarə rəisi işdən çıxarılıb

 

Nazirliyin 4 regional idarə rəisi işdən çıxarılıb
"Əfsuslar olsun ki, imtahanla işə təyin etdiyimiz adamların təşkilatçılığı zəif olduğu üçün onlarla əməkdaşlığı davam edə bilmədik"
 Yenixeber.org: Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Nazir müavini bildirib ki, bu səbəbdən ŞəkiMasallıŞamaxı və Lənkəranda regional idarə rəisləri işdən çıxarılıb. 

"Biz onların qarşısına məqsəd qoymuşduq ki, meşələrin qorunması əsas vacib olmalıdır. Hələ də bu barədə bizim çətinliyimiz var. Vandalizm halları baş veri. Bu, təkcə nazirliyin öhdəsindən gələ bildiyi məsələ deyil. Nazirliyin imkanı yoxdur ki, hər ağacın altına bir əli silahlı adam qoysun. Hamılıqla vətəndaşlıq mövqeyi nümayiş etdirməliyik". 

F.Əliyev qeyd edib ki, Oğuz rayonunun Calud və Buxa kəndinlərində kömür basdırma geniş yayılıb. "Orada yaşayanlar öz övladlarını da təhlükəyə qoyurlar. Kömürdən alınan tüstü ilə özləri də nəfəs alırlar. Qəbələ rayonunun Həmzəli kəndində meşə qırmaqla məşğul olan adamlar var. Biz onları cərimə etsək də, əməlindən əl çəkmirlər. 
Araşdırma aparmışam ki, Calud kəndində 55 markalı nömrəsiz maşınlar var ki, onlar ağac kəsmə ilə məşğul olurlar. 
Qəbələdə Avrıq, Masallıda Yelağac kəndlərində qanunsuz şəkildə ağacdan istifadə edib, kömürbasdırma ilə məşğul olurlar.Qubadan da bizə xəbərlər gəlmişdi, orda yoxlama apardıq. Təəssüf olsun ki, etimad göstərdiyimiz şəxs etimadı doğrultmadı. Təkcə dekabr ayından bəri 52 nəfər meşə işçisini uzaqlaşdırmışıq. Cinayət tərkibi varsa, hüquq mühafizə orqanlarına məlumat vermişik". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam