Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Hindistan və Pakistan nüvə arsenalını döyüş hazırlığı vəziyyətinə gətirib

1515081375

Xarici KİV-lərin verdiyi xəbərə görə, Kəşmirdə yaranmış gərginlik dalğası səbəbilə, Hindistan və Pakistan hərbçiləri nüvə arsenalını döyüş hazırlığı vəziyyətinə gətirib. Bu barədə «Röyter» agentliyi xəbər yayıb.

Yenixeber.org: Bu arada sosial şəbəkələrdə xəbərlər yayılır ki, tərəflərin ordusu Kəşmirdəki təmas xəttində güclü atəş açmağa başlayıblar.

Nüvə arsenalının sayı 120 ədəd döyüş başlığına qədər sayılan tərəflər 2002-ci ildə də nüvə müharibəsi təhlükəsi qarşısında olublar. Buna səbəb islamçı-döyüşçülərin Hindistan parlamentində törətdikləri terror aktı olub. Nəticədə, tərəflərin hər biri sərhədə 500 min hərbçi yeridib. O zaman nüvə müharibəsini Moskva və Vaşinqton dayandıra bidib. Rusiya Hindistanla, ABŞ isə Pakistanla danışıqlar aparıb. Bu gün isə münaqişənin tənzimlənməsi istiqamətində bu ölkələrin birgə fəaliyyətinə ümid yoxdur.

Bu dəfə gərginliyin azaldılması tələbi ilə Avropa İttifaqı çıxış edir. Avropa İttifaqının diplomatiya başçısı Federika Moqerini İslamabad və Nyu-Dehlini təmasları XİN səviyyəsində bərpa etməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam