Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Baş prokurorluqdan yenilik

 

Baş prokuror Zakir Qaralov vətəndaşları ilk dəfə "on-line" rejimində qəbul edəcək.

"Xeberinfo.com": Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə qayğı ilə yanaşılması, ərizə və şikayətlərə tam, hərtərəfli və obyektiv baxılması işinin daha da təkmilləşdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.

Baş prokuror Zakir Qaralov dekabrın 19-da saat 10:00-da canlı bağlantı ilə Lənkəran, Astara və Lerik rayonlarında yaşayan vətəndaşların Lənkəran rayon prokurorluğunun inzibati binasında video-konfrans rejimində qəbulunu keçirəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşların qeydiyyatı və Lənkəran şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar 18 dekabr 2014-cü il tarixədək yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam