Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Pakistan baş naziri ölkə hərbçilərinə Hindistanın təcavüzünə hazır olmağı tapşırdı

 

Pakistan baş naziri İmran Xan ölkənin hərbi qulluqçularına Hindistan tərəfdən gələ biləcək istənilən təcavüzə cavab verməyi əmr edib.

Yenixeber.org: Xarici agentliklər xəbər verir ki, bu barədə Pakistanın Təhlükəsizlik üzrə milli komitəsininin iclasının yekunu ilə bağlı baş nazirliyin dəftərxanasının yaydığı məlumatda deyilir.

Komitənin toplantısında rəsmi İslamabadın bu ilin fevralın 14-də Cammu və Kəşmir ştatlarında hərbçilərə qarşı törədilən terror aktı ilə bağlı heç bir şəkildə aidiyyəti olmadığı, həmin hadisənin Hindistan ərazisində fəaliyyət göstərən qruplar tərəfindən planlaşdırıldığı və icra olunduğu vurğulanıb.

Bundan başqa, Pakistan rəsmisi Nyu-Dehliyə hücumla əlaqədar birgə təhqiqatın aparılmasını, habelə terrorizmlə mübarizə problemləri üzrə dialoqun başlanılmasını təklif edib.

Xatırladaq ki, intiharçı terrorçu 2,5 minlik hərbi qüvvəni aparan avtokolonun yaxınlığında özünü partladaraq 45 insanın ölümünə səbəb olub. Buna görə məsuliyyəti “Caiş-e Muhammad” (Məhəmməd ordusu) adlı təşkilat öz üzərinə götürüb.

Həmin radikal və separatçı qrupun yuxarıda adları çəkilən ştatlaırn Hindistandan ayırılaraq Pakistana birləşmək uğrunda çıxış etdiyi bilinir.

Vəziyyətin ciddiliyi Donald Tramp tərəfindən tvitter hesabında göstərilib.

ABŞ prezidenti Hindistan və Pakistan arasındakı situasiyanın “təhlükəli” olduğunu və buna görə narahatlıq hissi keçirdiyini yazıb.

“Kəşmirdə nəsə baş verib... bu olduqca təhlükəli situasiyadır”,-deyə Trampın tvitter hesabında deyilir.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam