Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb

Havanın temperaturu 6-10° enib.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi fevralın 18-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, əsasən şimal və şərq rayonlarında yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Departamentdən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşam saatlarından başlayan yağış fevralın 19-da sulu qara keçib, düşən yağıntının miqdarı 5 millimetr təşkil edib. Bu da aylıq normanın 24 faizidir. Lənkəran-Astara zonasında yağıntının miqdarı 6, Mərkəzi Aran rayonlarında 4, Böyük Qafqazda 11 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 19, Altıağacda 14, Sarıbaşda 12, Qubada 11, Şahdağda 10, Qusar, Xınalıqda 7, Qırızda 6, Mərəzədə 3, İsmayıllıda 1 santimetr təşkil edib.

Fevralın 18-də şimal-qərb küləyinin sürəti əsib, bəzi rayonlarda arabir saniyədə 22-30 metr olub, Bakıda və Abşeron yarımadasında arabir saniyədə 15-20 metrədək güclənib. “Neft Daşları” İxtisaslaşdırılmış Dəniz Hidrometeorologiya Stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu 6-10° enib, minimal hərarət Bakıda və Abşeron yarımadasında 2°-dək isti, Aran rayonlarında 2-5° isti, dağlıq rayonlarda 0-5°, yüksək dağlıq ərazilərdə 7-12°, Naxçıvan Muxtar Respublikasında 0-3° şaxta olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam