Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda daha bir mühüm iclas keçirilir

Nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının da yüksək inkişafını diqqətə çatdırıb.

Yenixeber.org: Fevralın 19-da Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilir.

İclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycanın nəqliyyat sahəsində gördüyü işlər barədə danışıb. Dəmir yolu, gəmiçilik, aviasiya sahəsində əldə edilən uğurlardan bəhs edən nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının da yüksək inkişafını diqqətə çatdırıb.

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanın nəqliyyat sahəsindəki fəaliyyətini yaxından izlədiklərini, ölkənin logistik mərkəzə çevrilməsinin şahidi olduqlarını bildirib.

Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa və Asiya arasında mühüm tranzit yolu olduğunu deyən H.Hololey Heydər Əliyev Beynəlxalq Aeroportuna səfər etdiyini, “Azərbaycan Hava Yolları” QSC-nin, “Buta Airways” şirkətinin və “Silk Way”in fəaliyyəti ilə yaxından tanış olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC böyük gəmiçilik şirkətidir və yükdaşımalarda böyük paya sahibdir.

Görüş regional əməkdaşlıq, çoxtərəfli məsələlər, hava, dəniz, yol, dəmir yolu və şəhər nəqliyyatı ilə bağlı mövzuların müzakirəsi ilə davam edir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam