Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nəsiminin 650 illik yubileyi ilə bağlı sənəd imzalandı

Təhsil naziri Ceyhun Bayramov Tədbirlər Planı təsdiq edib.

Yenixeber.org: Təhsil naziri Ceyhun Bayramov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Tədbirlər Planına əsasən, 2019-cu il ərzində ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elm konfrans, simpozium və seminarların keçirilməsi, dahi şairin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələrinin elmi jurnallarda dərc olunması nəzərdə tutulur.

Həmçinin təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgilər təşkil olunacaq.

Bununla yanaşı, il ərzində ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam