Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şahzadə 2 min pakistanlı məhbusun azad olunmasını əmr etdi

"Biz Pakistanın baş nazirinin sözünü yerə sala bilmərik".

Yenixeber.org: Pakistanda rəsmi səfərdə olan Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman öz ölkəsinin həbsxanalarında olan 2 min pakistanlı məhbusun azad olunmasını əmr edib.

Pakistanın “Dawn” agentliyi xəbər verir ki, Baş nazir İmran Xanla görüşdə vəliəhd şahzadə Səudiyyə Ərəbistanında işləyən pakistanlılar üçün hər cür şəraitin yaradılacağını da vəd edib. Məhəmməd bin Salman deyib ki, Pakistan Baş nazirini xahişindən sonra onun ölkəsində pakistanlı işçilərə öz vətəndaşları kimi münasibət göstərəcəklər.

Baş nazir İmran Xan qeyd edib ki, hazırda Səudiyyə Ərəbistanındakı həbsxanalarda 3 minə yaxın pakistanlı var və onlar uzun müddətdir öz ailələri ilə görüşə bilmirlər. Onun “Vəliəhd şahzadə bu qərarı ilə Səudiyyə Ərəbistanında işləyən 2,5 milyon pakistanlının və bütün Pakistan xalqının qəlbini fəth etdi” sözlərinə cavab verən Məhəmməd bin Salman deyib: "Biz Pakistanın baş nazirinin sözünü yerə sala bilmərik və verdiyimiz vədləri yerinə yetirəcəyik".

Hazırda Səudiyyə Ərəbistanının həbsxanalarında olan 2,107 nəfər pakistanlı məhbus vəliəhd şahzadənin əmrindən sonra yaxın günlərdə azadlığa buraxılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam