Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

HHQ-nin hərbi hissəsində təntənəli mərasim -Foto

 

 

Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 27-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Polkovnik Elşad Pənahov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovun adından şəxsi heyəti əlamətdar gün münasibəti ilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıb.

Polkovnik Elşad Pənahov təntənəli mərasimdə çıxışında dövlət rəhbərliyinin Azərbaycan Ordusuna, o cümlədən HHQ-nə göstərilən diqqət və qayğısı sayəsində şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, aviabazaların maddi-texniki təminatının gücləndirilməsi, uçuş və texniki heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Daha sonra çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatları qeyd edərək hərbi pilotlarımızın torpaqlarımız uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrini xatırlayıblar.

Tədbir Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin konsert proqramı ilə sona çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam