Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Paşinyandan ŞOK ADDIM: bu yolla pul toplayacaq

Paşinyandan ŞOK ADDIM: bu yolla pul toplayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan ordu quruculuğuna lazım olan büdcəni təmin etmək üçün qəribə yol tapıb.

Yenixeber.org: Ermənistan dövləti qeyri-qanuni yolla əmlaka sahib olanların mülklərini məhkəmənin qərarı olmadan müsadirə edəcək və əldə olunan vəsaiti ordu üçün xərcləyəcək.

Bu barədə baş nazir Nikol Paşinyan parlamentdə hökumətin proqramına dair sualları cavablandırarkən məlumat verib:

“Bu, qəribə görünə bilər, amma bizdə əsaslar var: Avropa İnsan Hüquqları Məhkəməsi mövqeyində bu, korrupsiyaya qarşı mübarizə üçün normal bir tətbiq kimi qəbul edilir və insan hüquqlarının məhdudlaşdırılması hesab edilmir. Şəxsin əmlakının mənşəyini izah etməsinin vacibliyi kimi bir mexanizm var. Əgər bir şəxs mülkiyyətinin qanuni olaraq əldə edildiyini sübut edə bilmirsə, bu, qanunsuz sayılır. Bu vəsait büdcə gəlirlərində əksini tapmayacaq, hərbi quruculuqda istifadə ediləcək”.

Nikol Paşinyan ölkədə korrupsiyanın yayılması məsələsi ilə bağlı narazılığını dilə gətirib və hüquq-mühafizə orqanlarını bu istiqamətdə ayıq-sayıq olmağa çağırıb.

Qeyd edək ki, Ermənistan ordusu uzun müddətdir ki, səfalət və şəraitsizlikdən əziyyət çəkir. Orduda aclıq və xəstəlik hökm sürür. Oğlu Qarabağda xidmət edən Nikol Paşinyan da bu vəziyyəti açıq şəkildə etiraf edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam