Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ermənilər AYAĞA QALXDI: Tiflis yolu bağlandı

 

Ermənilər AYAĞA QALXDI: Tiflis yolu bağlandı

Ermənistanda Alaverdi misəridən zavodun işçiləri İrəvan-Tiflis dəmir yolunu kəsiblər.

Yenixeber.org: Etirazçılar zavodun gələcəyini aydınlaşdırmağı, baş nazir Nikol Paşinyan (və ya onun bu sahə üzrə səlahiyyətli nümayəndəsi), Valeri Mejlumyan (“Valleks" şirkətlər qrupunun sədri) və VTB bankının nümayəndələrinin iştirakıyla üçtərəfli görüşün keçirilməsini tələb edirlər.

Zavod öz fəaliyyətini oktyabrın 19-da dayandırıb. Ətraf mühitin qorunması üzrə dövlət müfəttişliyi qanunvericilik normaların pozulmasına görə müəssisəni 380 milyon dram (700 min dollar) cərimələyib. Vəziyyət ona görə ağırlaşıb ki, zavod VTB bankından borc alıb. 500 milyon dollar kredit və faizinin ödənilməməsinə görə zavod bankın mülkiyyətinə keçib.

Yeni il ərəfəsində gərginliyin yeni bumunun olmaması üçün “Valleks” şirkətlər qrupunun sədri Valeri Mejlumyan əmək müqavilələrinin pozulmasını iki ay – fevralın 2-nə kimi təxirə salmağı tapşırıb.

Bu gün isə səhər saat 10-dan başlayaraq, etiraz aksiyasının iştirakçıları İrəvan-Tiflis dəmir yolunu kəsiblər. Onlar bildirirlər ki, tələblərinə konkret cavab almasalar, gecəni burada qalmağa hazırdırlar. Etirazçılarla danışıqlar aparmaq üçün hadisə yerinə Lori vilayətinin qubernatoru Andrey Qukasyan gəlib. Lakin, “Sputnik”in zavodun işçisi Armen Kirakosyana istinadən verdiyi xəbərə görə, qubernatorla danışıqlar nəticə verməyib.

“Üç tərəf gəlmədiyi və bizə dəqiq cavab vermədiyi müddətdə dəmir yolunu bağlı saxlayacağıq. Paşinyan vacib deyil, hökumətdən səlahiyyətli şəxs ola bilər”,- Kirakosyan deyib.

Onun sözlərinə görə, bankın nümayəndələri, həmçinin hökumət və Medlumyan müəssisənin işini dəstəkləyirlər, amma zavod işləmir.

“Onlar cavab verə bilərlər ki, biz niyə işləmirik, problem nədir? Bu suallara cavab almadığı müddətdə dəmir yolunu mühasirədə saxlayacağıq”, - o qeyd edib.

Kirakosyan bildirib ki, orada daim 200-ə qədər etirazçı olur, qalanları isə gəlirlər və gedirlər.

Bu gün isə parlamentdə çıxışı zamanı Nikol Paşinyan qeyd edib ki, məhkəmə hökmünə görə zavodun işi dayanıb. Onun sözlərinə görə, hökumət məhkəmə hökmlərinə qarışmamağa qərar verib.

“Biz hakimə zəng etməyəcəyik və “sən nə edirsən?” deməyəcəyik”, - Paşinyan deyib.

“Valleks”in nümayəndələri və VTB vəziyyəti hələ şərh etməyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam