Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Dillər Universitetindəki korrupsiyanın məhkəmə istintaqı başa çatıb

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetində aşkarlanmış maliyyə pozuntuları ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xeberinfo.com": APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Daha sonra çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o, çıxışa hazır olmadığı üçün məhkəmə dekabrın 18-ə təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Hesablama Palatasının 2012-ci il sentyabrın 19-da yaydığı məlumatda bildirilir ki, Palatanın son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən «Təhsil» bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub. Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə, dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb. Həmin il sentyabrın 24-də Azərbaycan Respublikası Baş Prokurorluğu da bununla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Dillər Universitetinin 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb. Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor E. Həmidzadə və universitetin daha 4 əməkdaşı təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Mənimsənilən vəsait ödənildiyi üçün təqsirləndirilən şəxslər barəsində həbs qərarı çıxarılmayıb. Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam