Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Kəlbəcər İcra Hakimiyyətindən açıqlama

 

Gəncədə Nizami rayon İcra Hakimiyyətinin başçısı və müavininin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Gəncə və Kəlbəcər İcra Hakimiyyətləri münasibət bildirib.
"Xeberinfo.com": Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev açıqlamasında bildirib ki, heç bir sakin incidilməyib: “Orada sakinlərə dəllalar tərəfindən qanunsuz olaraq torpaqlar satılıb. Sakinlər də indi onlardan pulunu tələb edirlər. Yəni hadisə həmin dəllallar tərəfindən törədilib. Həmin hadisəni törədən şəxslər də həbs edilib”.
 
İcra başçısının müavini vurğulayıb ki, orada yalnız qanunsuz hasarlar sökülüb: “Məcburi köçkünlər üçün qəsəbələr salınıb. Dünən insident yaşanan ərazidə olan tikililərdə yaşayış olmayıb”
 
N. Həmzəyevin sözlərinə görə, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hadisədən bir gün öncə Kəlbəcər sakinləri ilə görüş keçirib: “Sakinlər görüşdən razı qalmışdı”.
 
Məsələ ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH nümayəndəsi Əbülfəz Mehdiyev Lent.az-a bildirib ki, həmin tikililərin qanuni sənədi yoxdur: “Lakin qışın soyuğunda insanların tikililərini sökmək doğru deyil. Onlar orada 1993-cü ildən məskunlaşıblar”.
 
Qeyd edək ki, Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam