Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan hakimiyyəti dialoqa həmişə hazırdır

 

“Dekabrın 13-də Azərbaycanda fəaliyyət göstərən bir qrup partiyanın sədri ilə görüş keçirəcəyik”.

"Xeberinfo.com": Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, bir müddət əvvəl bəzi siyasi partiyalar hakimiyyətlə dialoq təşəbbüsü ilə çıxış etmişdilər: “Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan hakimiyyəti ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla dialoqa və əməkdaşlığa həmişə hazırdır. Bu sahədə kifayət qədər təcrübə də toplanıb. Ayrı-ayrı vaxtlarda ictimai-siyasi qurumların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə keçirilmiş görüşlərdə Azərbaycanın ictimai-siyasi həyatında iştirak etməyin siyasi və hüquqi normaları, seçkilər, sağlam siyasi rəqabət, insan hüquq və azadlıqlarının təmin edilməsi və digər məsələlərə dair səmərəli fikir mübadiləsi aparılıb və irəli sürülən dəyərli rəy və təkliflər nəzərə alınıb”.

 

Ə. Həsənov qeyd edib ki, ADP, ALDP, KXCP, BAXCP, AXP, Böyük Azərbaycan, Ümid, Azadlıq, Aydınlar və digər partiyaların rəhbərlərinin iştirakı ilə keçiriləcək görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam