Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Şeyx Nobelə namizəd oldu

 

 

Azərbaycan Nobel İnformasiya Mərkəzi gələn il üçün Nobel mükafatına 4 nəfərin namizədliyini təqdim edib.
"Xeberinfo.com":  Bunu ANS-ə açıqlamasında qurumun vitse-prezidenti Bəybala Ələsgərov bildirib. Biri fizika, biri kimya, biri fiziologiya , biri də Sülh mükafatına təqdim olunan namizədlərdən yalnız sonuncunun- Sülh mükafatına namizədin adı açıqlanır. Bu, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədir. Qalanların adlarının məxfi saxlanılması Nobel Mükafatı Komitəsinni əsas şərtlərindən biridir.
Mükafata təqdim olunan işlərə ən azı 4 instansiya rəy verməlidir. Üstəgəl, ölkədəki minimum əməkhaqıqnını 30 misli qədər pul kösürülür. Bu elə də böyük məbləğ deyil. Hardasa 3 min manata qədər vəsait edir. Amma adətən biizm alimlərin qarşılaşdığı əngəllər pulla bağlı yox, xüsusilə şəxsi konteksdə olur.
Amma bütün bunlar təbii ki, pessimistləşmək üçün əsas deyil. Hələ 20-ci əsrin əvvəllərində Azərbaycan Nobelə çox yaxın olub. Sona xanım Vəlixan -Azərbaycanın ilk qadın tibb elmləri doktoru, hələ 1931-ci ildə yazdığı endoftalmitin pataloji anatomiyası adlı məqaləsi ilə Nobel Komitəsinin diqqətini özünə cəlb etmiş, sadəcə Birinci Dünya müharibəsinin başlaması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmamışdı. Bəybala Ələsgərov Sona xanım Vəlixanıın təqdimatını Stokholmdan- Nobel Komitəsinin arxivindən tapıb. Əslində bu, ümidini itirənlər üçün əla təsəllidir. İnşallah, ümidlərimizi 2015-ə bağlayaq.
Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır. Yarandığı gündən bu yana qurum 11 nəfərin Nobel mükafatına təqdimatını verib. Onlardan ən uğurlusu Nemət Qasımov olub ki, o gizli səsvermədə amerikalı rəqibinə iki səslə uduzub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam